İslam dünyasında böyük itki

İslam dünyasının ən tanınmış alimlərindən biri Suriyada davam edən qarşıdurmanın qurbanı olub.

SİA Suriyanın rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Şeyx Səid Ramazan əl Budu Mazraa bölgəsindəki İman Məscidində təşkil edilən hücum nəticəsində həyatını itirib. Hücumda əl Bududan başqa 20 nəfər də ölüb.

Məlumata görə, İslam dünyasının ən tanınmış alimlərindən biri olan əl Budu Esed rejimini dəstəklədiyinə görə, daha öncə də müxaliflərin sərt reaksiyası ilə üzləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə