ABŞ-ın xarici işlər nazirliyinin spikeri Victoriya Nuland Abdullah Öcalanın PKK üzvlərinə olan çağırışına münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, spiker bildirib ki, Öcalanın PKK-lılara olan "silahı və şiddəti tərk edin" çağırışını o böyük bir məmnuniyyət hissilə qarşılayıb.
"ABŞ Abdullah Öcalanın bu hərəkətini Türkiyədə 30 ildir ki davam edən müharibənin sona çatmasında sülhə doğru atılan bir addım kimi qiymətləndirir. Bu çağırış nəticəsində Türkiyədə demokratiya irəliləyəcək və ölkənin bütün vətəndaşlarının həyatında yeni bir inkişaf mərhələsi başlayacaq. ABŞ bu məsələnin sona çatmasında və ölkənin daha da parlaq gələcəyə doğru addımlamasında həmişə Türkiyəyə dəstək verəcək"-deyə Nuland qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB