Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan PKK qruplaşması ilə sülhün bağlanmasının bütün region üçün xeyirli olacağını deyib. SİA türk mətbuatına istinadən xəbər verir ki, ötən gün Diyarbakır şəhərində keçirilmiş nümayişdə PKK lideri Abdulla Öcalanın müraciəti oxunub. Öcalan müraciətində qruplaşmanın üzvlərini təslim olmağa, ölkənin ərazisindən döyüş dəstələrini çıxarmağa və çoxillik münaqişənin nizama salması üzrə sülh danışıqlarına başlamağa çağırıb.
Nümayişə münasibər bildirən Ərdoğan deyib ki, bu nümayişdən Türkiyə müsbət nəticələr gözləyir: "Aydındır ki, PKK-çılar təslim olmalıdır və Türkiyənin ərazisini tərk etməlidirlər. Biz bu mitinqi yüksək qiymətləndiririk, amma hər şey bundan sonra baş verənlərdən asılıdır. Biz əminik ki, əgər pozitiv dəyişikliklər olacaqsa, onda bu proses bütün regiona xeyir gətirəcək"..
Baş nazir ou da qeyd edib ki, Türkiyə ordusu PKK-çıların təslim olmasından sonra onlara qarşı bütün döyüş əməliyyatlarını dayandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB