Krallığın tarixində bir ilk

Böyük Britaniya krallığının sahibəsi, kraliça II Yelizaveta Krallığın tarixində ilk dəfə metroya enən qadın monarx olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onu London metrosunda gəzinti zamanı həyat yoldaşı Fillip, şahzadə Uilyamın xanımı Keyt Midelton müşayiət edib.

Britaniya taxtına yeni varis dünyaya gətirməyə hazırlaşan Keytə metro işçiləri üzərində uşaq şəkili olan nişan hədiyyə ediblər. Kraliçanın metro gəzintisi isə maraqlı görüntülərlə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə