Ergenekon" işi üzrə məhkəmə prosesi sona yaxınlaşır

Ergenekon" işi üzrə məhkəmə prosesi sona yaxınlaşır

Ergenekon" işi üzrə məhkəmə prosesi sona yaxınlaşır . SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmənin 281-ci iclasında prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Prokurorluğun ittiham aktında "Ergenekon terror təşkilatının varlığı sübuta yetirilib" deyilib. 1271 səhifəlik ittiham aktında İlkər Başbuğ, Mehmet Haberal,Mustafa Balbay, Xurşid Tolon, Həsən İğsız, Nüsrət Taşdələr və Tuncay Özkan da daxil olmaqla 64 məhkumun ağırlaşdırılmış ömürlük həbsə məhkum edilməsi istənib.

Vəki Küçük haqqında 86, Ali Məhkəməyə hücumda ittiham edilən Alparslan Aslan haqqında 4 dəfə ağırlaşdırılmış həbs tələb edilib.

Fərari təqsirləndirilənlər Bədrəddin Dalan, Turan Çöməz və istefada olan general Mustafa Bakıcı da daxil olmaqla 5 nəfərin işinin ayrılması istənib.

Ali Təhsil Şurasının keçmiş sədri Kamal Gürüz və İstanbul Universitetinin keçmiş rektoru Kamal Aləmdaroğlu da daxil olmaqla 20 nəfər haqqında həbs qərarının verilməsi tələb edilib. Ancaq məhkəmə bu mərhələdə həbs qərarına yer olmadığına qərar verib və bu şəxslərdən haqqında xaricə çıxış qadağası olmayanlara çıxış qadağasının qoyulmasına hökm edib.

Təqsirləndirilən şəxslərin və vəkillərinin müdafiə çıxışlarını hazırlamaları üçün aprelin 8-nə qədər vaxt verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə