ABŞ prezidenti: “İran xalqı lazımsız və böyük cəza ödəyir”
Obamanın İrana Novruz təbriki

ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibətilə yaydığı təbrik mesajına İran mövzusu möhür vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Obama təbrik mesajında İran hökumətinin davranışının cəzasını xalqın ödədiyini bildirib. İranın beynəlxalq birlikdə layiq olduğu mövqeyə geri dönə biləcəyini vurğulayan Obama bunun üçün öhdəliklərin yerinə yetirilməli olduğunu söyləyib.

İranla nüvə problemləri məsələsində siyasi həllə üstünlük verdiyini bildirən ABŞ prezidenti vəzifəyə gəldiyi gündən etibarən İran hökumətinə fürsət verdiyini deyib.

İran öhdəliklərini yerinə yetirəcəyi təqdirdə iki ölkə arasında yeni bir əlaqənin başlaya biləcəyini vurğulayan Obama Tehranın dinc məqsədli atom enerjisi istehsal etdiyini bildirdiyini, ancaq beynəlxalq birliyi inandıra bilmədiyini söyləyib. Tehranın bu yolla irəliləyəcəyi təqdirdə daha da yalnızlaşacağını qeyd edən ABŞ prezidenti problemin həll olunmamasının məsuliyyətinin İranın üzərində olduğunu, iranlıların böyük və lazımsız cəza ödədiyini vurğulayıb.

Həll yolunu tapmağın asan olmayacağını bildirən Obama qeyd edib ki, problem həll olunacağı təqdirdə İran xalqının ABŞ da daxil olmaqla digər ölkələrlə artacaq əlaqələrin və ticarətin faydalarını görəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə