Müxalifətin yeni baş naziri

Suriya Müxalif və İnqilabçı Milli Güclər Koalisiyası üsyançıların əlində olan ərazilərdə fəaliyyət göstərəcək müvəqqəti hökumətin baş nazirini seçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İstanbulda baş tutan seçkidə Suriya Müxalif və İnqilabçı Milli Güclər Koalisiyasının liderlərindən olan Həsən Hitto qalib gəlib. O, üzvlərdən 35-nin səsini toplaya bilib.

Qeyd edək ki, baş nazir postu uğrunda 12 nəfər mübarizə aparıb. Müxalif və İnqilabçı Milli Güclər Koalisiyası tərəfindən həyata keçirilən seçkidə 62 üzv səs verib. Namizədlərdən Əsəd Mustafa 7, Vəlid əz-Zubi isə 2 səs toplaya bilib. !8 üzv isə bitərəf qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə