Siciliyanın şərq sahillərində bir neçə ildən bir püskürən Etna vulkanı yenidən oyanmağa başlayıb. SİA məlumat verir ki, ötən gün püskürən vulkan son illərdə müşahidə olunan ən güclü vulkan püskürməsi olub. Seysmoloqların fikrincə, püskürmə yaxınlıqdakı yaşayış məntəqələrinə heç bir ziyan törətməyib. Vulkan güclü püskürsə də, seysmik aktivlik kəskin artmayıb. Vulkanın aviasiya uçuşlarına hələlik təsir etmədiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB