Təyyarələr toqquşub

Miçiqan ştatının Detroyt şəhərində iki sərnişin təyyarəsi toqquşub. SİA-nın xəbərinə görə, hər iki təyyarə minmə qapılarından uçuş zolağına doğru istiqamət götürüb. Manevr zamanı isə təyyarələrin qanadları bir-birinə toxunub. İlkin baxış nəticəsində müəyyən olunub ki, heç bir təyyarəyə ziyan dəyməyib. Buna baxmayaraq, onların bir müddət istifadədən çıxarılıb tam baxışdan keçirilməsi qərara alınıb.

Təyyarələrdən birində 38, digərində 85 sərnişin olub. Xoşbəxtlikdən hadisə zamanı yaralanan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə