Vatikana on milərlə insan toplaşır

Vatikana on milərlə insan toplaşır

Bu gün Vatikanda yeni Roma Papası Fransisk ilk bazar günü ayinini keçirəcək.

SİA xəbər veir ki, bu tarixi əhəmiyyətli ayində iştirak etmək üçün Müqəddəs Pyotr meydanına on minlərlə adamın toplaşacağı gözlənilir. Keçmiş Roma Papası XVI Benediktin son bazar ayinində olduğu kimi, bu dəfə də təkcə İtaliya şəhərlərindən deyil, digər ölkələrdən də minlərlə dindar Vatikana axışacaq.

Qeyd edək ki, bazar günü ayini ilə əlaqədar Vatikanda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə