Çexiya hərbiçiləri Maliyə göndərilib

Çexiya hərbiçiləri Maliyə göndərilib

Çexiya 34 hərbçi daxil olduğu qrupu Maliyə göndərib.

SİA türk mətbuatına istinadən xəbər verir ki, Çexiya hərbi kontingenti ilk altı ayı Malinin paytaxtı Bamako şəhərində yerləşən əsas hərbi bazanı qoruyacaq. Çexiya Senatı keçən həftə Maliyə 15 ay müddətinə 50 hərbi təlimatçı göndərməyə qərar verib. "Çexiya hərbçiləri Malidə hərbi bazalarda yerləşəcək, lakin hərbi əməliyyatlarda iştirak etməyəcək", deyə baş nazir Pyotr Neças parlamentdə çıxışında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə