Kipr prezidenti ictimaiyyətin qəzəbi qarşısında maliyyə yardımı razılaşmasını müdafə edib. SİA xəbər verir ki, prezident Nicos Anastasiadesin sözlərinə görə ictimaiyyətin qəzəbinə səbəb olan böyük maliyyə yardımı iqtisadi iflası aradan qaldırmaq üçün gərəklidir: "Avropa Birliyi tərəfindən 10 milyard avro maliyə yardımı verilməsi kədərləndirici olsa da böhrana nəzarət etmək baxımından əlverişlidir".
Bu gün Kipr parlamentinin maliyyə yardımını müzakirə etmək üçün toplanacağı gözlənilir.
Xatırladaq ki, Avropa Birliyi Beynalxalq Valyuta Fondu ilə apardığı danışıqlardan sonra, Kipri iqtisadi böhrandan qurtarmaq məqsədi ilə ölkəyə 10 milyard maliyə yardımı göstərməyə razılıq vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB