Balıq ixracına qadağa qoyuldu

Yaponiyanın şimal-qərbində yerləşən Fokosima Nüvə Stansiyasının yaxınlığından götürülən balıq nümunələrində rekord həddə radiasiya aşkarlanıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, balıq nümunələrində olan radiasiya normal balıq nümunələrində olan radiasiyadan 7 min 400 dəfə çoxdur.

Stansiyasıyanın səlahiyyətliləri bildiriblər ki, artıq bu bölgədən digər yerlərə balıq ixracı dayandırılıb. Hazırda isə Stansiyanın betonlanması gündəmdə olan məsələlərdəndir.

Qeyd edək ki, Yaponiyada 2 il öncə baş verən 9 bal gücündəki zəlzələ Fokosima Nüvə Stansiyasına güclü zərbə vurub. Zəlzələ nəticəsində Stansiyadan okeana radiasiya axını başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə