Səhiyyə Nazirliyi prezidentliyə keçmiş namizədi aclıq aksiyasını dayandırmağa çağırıb
Ermənistanda aclıq aksiyası keçirən keçmiş prezidentliyə namizəd Raffi Ovannisyan həkim müayinəsindən imtina edib. ArmeniaToday-ın verdiyi məlumata görə, bu barədə bəyanatı Səhiyyə Nazirliyi yayıb.
Nazirliyin bəyanatında deyilir ki, aclıq aksiyasının ilk günündən həkimlər hər gün iki dəfə Raffi Ovannisyana baş çəkiblər. Lakin prezidentliyə keçmiş namizəd hətta qan təzyiqinin ölçülməsinə də razılaşmır.
Səhiyyə Nazirliyi Raffi Ovannisyanı səhhətinə ciddi təsir edə biləcək aclıq aksiyasını dayandırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB