Katolik dünyasına rəhbər seçimi az qala bütün dünyanın maraq dairəsində olur. Papa Fransisin yeni Papa elan edilməsi isə hər kəs "nəhayət" dedi...
Nəhayət ki, dünya "Habemus Papam" ifadəsini eşitdi.
Oxucular üçün maraqlı məqamlardan biri də latın dilində ifadə edilən "Habemus Papam" sözlərinin nə demək olması və nə zaman yaranmasıdır.
Çoxlarının düşündüyü kimi "Habemus Papam" ifadəsi heç də yalnız Papa Fransisə və ya gecikmə səbəbli bu ilə şamil olunmuş ifadə deyil.
İlk dəfə bu ifadənin nə vaxt işlənməsi məlum olmasa da, belə formuldan 1484-cü ildə VIII İnnosenti adı ilə tanınan Giovani Battista Cibo seçki üçün istifadə edib.
Yeni Papanın seçilməsindən sonra Kardinal Protedekon və Kardinal Dekon tərəfindən latınca "Habemus Papam" elan edilir. Bu elan Vatikanda Müqəddəs Piters Bazilika kilsəsinin mərkəzi balkonundan verilir:
Annuntio Vobis Gaudium magnum:
Habemus Papam;
Eminentissimum ac reverendissimum Dominum,
Dominum [praenomen] Sanctæ Romanæ Ecclesiae Cardinalem [nomen],
Qui Sibi nomen imposuit [Nomem pontificalem].
İndi gelin bu ifadələrin mənalarına diqqət yetirək:
Mən böyük bir sevinclə elan edirəm:
Bizim yeni papamız var;
O Yeni Papa;
Katolik kilsəsinin Lord kardinal rütbəsinə seçilən;
En seçkin və ən hörmətli şəxsdir;
Yeni Papa təqdim olunduqdan sonra xalqa Urbi et orbi ( şəhər və sülh) deyərək, ilk xeyir duasını verir.
Papanın adlandırılmasının da müəyyən qaydaları var. Elan zamanı Papanın ilkin adı, yəni doğulandan bəri daşıdığı ad, təsirlik halda sonrakı ad isə kimin adı ilə adlandırılırsa elə təqdim edilir. Eyni adlı papalar ya sıra sayı, ya da öz adları ilə adlandırılır. 1939-cu ildə seçilən papa, XII Piy adlandırıldı. Beləcə, onun sələfi XI Piy oldu.
XVI Benedikt papa elan olunduqdan sonra o xalqı italyan, ispan, fransız, ingilis, alman olmaqla beş müxtəlif dildə salamladı:
Fratelli e sorelle carissimi. (Italyan) Queridísimos hermanos y hermanas. (İspan) Bien chers frères et sœurs. (Fransız) Liebe Brüder und Schwestern. (Alman) Dear brothers and sisters. (İngilis)
XVI Benediktdən əvvəl hər Yeni Papa xalqa yalnız italyanca müraciət edirdi.
Onu da qeyd edək ki, 1605-ci ildən üzü bəri xristian katolik dünyasına 23 Papa rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB