"BlackBerry" 1 milyon sifariş alıb

"BlackBerry"in yeni ağıllı telefonu 1 milyon sifariş alıb.
"BlackBerry" 1 milyon sifariş alıb

30 fərqli ölkədə qısa müddətdə satışa təqdim edilən BlackBerry 10 əməliyyat sistemli Z10, şirkətin iş ortaqlarından da böyük maraq görür.

Son olaraq "BlackBerry"in rəsmi bloq səhifəsində paylaşılan məlumata görə BlackBerry Z10, təxminən 1 milyon sifariş alıb.

BlackBerry tarixinin ən böyük satış razılaşmasına imza atan şirkətin sədr müavini Rik Konstanzo, bu sifariş rəqəmiylə BlackBerry 10 əməliyyat sisteminin müştərilərinin etibarını qazandığını bildirib.

BlackBerry, növbəti aylarda da digər BlackBerry 10 əməliyyat sistemi adı altında işləyən telefonu "Q10"u satışa çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə