Barda faciə

Meksikanın Cancun bölgəsindəki barlardan birinə silahlı qrup tərəfindən həyata keçirilən basqında 7 nəfər ölüb, 4 –ü isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, basqın 2 nəfər silahlı tərəfindən həyata keçirilib. Dövlət Təhlükəsizlik naziri Jesus Aizanın verdiyi açıqlamaya görə, ölkənin istirahət bölgələrindən olan Cancunda baş vermiş silahlı insident nəticəsində ölənlərin əksəriyyəti taksi sürücüləri olub.

Baş vermiş faciə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə