Çinin baş nazir müavini Li Kiçiang ölkənin yeni baş naziri seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni baş nazir 3 minə yaxın nümayəndənin iştirakı ilə keçirilən Çinin 12-ci Milli Xalq Konqrensində ölkənin yeni baş naziri olaraq təsdiqlənib. Bundan əlavə konqresdə ali məhkəmənin yeni başçıları da təyin olunub.
Qeyd edək ki, Li Kiçiang Çin Xalq Respublikasının qurulduğu 1949-cu ildən bu yana seçilən yeddinci baş naziridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB