Uşaqları köpək balığından xilas edən britaniyalı işdən yayındığı üçün qovulub
Avstraliya çimərliyində uşaqları köpək balığından xilas edən Britaniya Xeyriyyə Cəmiyyətinin əməkdaşı vətəninə qayıtdıqdan sonra işdən qovulub.
Uelsin 62 yaşlı sakini Pol Marşalsi uşaqlardan ibarət bir qrupun çimdiyi yerdən iki metrlik köpək balığını uzaqlaşdıra bilmişdi. Buna örə yerli KİV işçiləri onu Avstraliyanın mili qəhrənmanı elan edib, onun qəhrəmanlığı barədə süjet bütün dünyaya yayılıb.
Lakin Marşalsinin rəhbərləri öz əməkdaşlarının bu qəhrəmanlığını qiymətləndirməyiblər. Məlum olub ki, o, xəstəxanada müalicə üsün işdən kağız alsa da, Avstraliyaya istirahətə gedib. Nəticədə Marşalsi işindən olub. Müdiri ona qarşı etimadlarını itirdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB