Vatikandan yenə qara duman yüksəldi

“Sikstinski kapellası”nın üzərində quraşdırılmış tüstü borularından yenidən qara tüstü qalxıb

Yeni Roma Papasının seçkilərinin keçirildiyi "Sikstinski kapellası"nın üzərində quraşdırılmış tüstü borularından yenidən qara tüstü qalxıb.

Bu isə o deməkdir ki, kardinallar növbəti dəfə Roma Papasını seçə bilməyib.

Əgər Katolik kilsəsinin 115 kardinalı müəyyən bir namizəd üzərində fikirlərini cəmləyə bilsəydi, bu zaman tüstü bacasından ağ tüstü qalxacaq və insanlar yeni Papanın seçildiyini öyrənəcəkdi.

Vatikanda Papa seçkiləri artıq ikinci gündür ki, davam edir. Səsvermə ciddi gizlilik şəklində keçirilir. Qaydalara görə, yeni Roma Papası seçilməyənə qədər kardinallar evlərinə gedə bilməzlər.

Bütün xəbərlər Facebook səhifəmizdə