ABŞ-da bir ana tükürpərdən bir qalmaqala imza atıb.

Oklahoma ştatında yaşayan Misti Van Horn adlı Amerikalı qadının uşaqlarını sosial şəbəkədədən satışa çıxardığı məlum olub.

22 yaşlı gənc ana 10 aylıq qızıona min, 2 yaşlı oğlan uşağına isə 4 min dollar qiymət qoyub.

Van Hornun satış elanı bir çox insanın marağını çəkib. Arkansas ştatında yaşayan bir qadın hətta almaq istədiyini də bildirib. Polisin məlumatında Van Horn həmin qadına "Kiçik uşağı sənə min dollara verərəm. Buraya gəlməyin yarım çəkər. Ver pulu, al uşağı" dediyi də bildirilir.

Polis qeydlərinə görə uşaqlarını satmaq üçün bu Van Hornun ilk təşəbbüsü deyil. Federal məhkəmədə mühakimə olunacaq qadın uşaq ticarəti cinayəti ilə ittiham olunur.

Qadın polisə ifadəsində uşaqların satışından əldə edəcəyi pulla həbsxanadakı sevgilisini azadlığa çıxarmaq üçün girov pulu yığmağa çalışdığını deyib. Dövlət tərəfindən ondan alınan uşaqlar isə uşaq evinə yerləşdirilib

Bütün xəbərlər Facebook səhifəmizdə