AB-nin Suriyada nümayəndəsi öldürüldü

Bu barədə ictimaiyyətə AB-nin xarici əlaqələr və təhlükəsizlik tədbirləri üzrə ali komissarı Ketrin Eşton məlumat verib

Avropa Birliyinin (AB) Suriya üzrə ali nümayəndəsi Əhməd Şihadəh silahlı hücum zamanı həlak olub.

Bu barədə ictimaiyyətə AB-nin xarici əlaqələr və təhlükəsizlik tədbirləri üzrə ali komissarı Ketrin Eşton məlumat verib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Suriya arasında vasitəçilik edən Əhməd Şihadəh paytaxt Dəməşq ətrafında yerləşən Daray rayonunda dünyasını dəyişib.

Hücumun kimlər tərəfində həyata keçirilməsi barədə məlumat verməyən Ketrin Eşton, avropalı nümayəndənin raketdən açılan atəş zamanı öldürüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə