Çində mədəndə qəza baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə baş verən an şaxtada 83 fəhlə olub. Baş verən qaz püskürməsi nəticəsində 21 nəfər ölüb, 4 nəfər isə itkin düşüb. Onlardan 58-i sağ-salamat yer üzünə çıxa bilib. Hadisə martın 12-də axşam saatlarında Quyçjou vilayətindəki "Maçan" mədənində baş verib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB