Canlı yayımda qalmaqal görüntü!

Suriya xəbərində kompüter oyunundan vizual istifadə!
Canlı yayımda qalmaqal görüntü!

Danimarka TV2 kanalında, Suriyadakı qarşıdurmalarla xəbərdə göstərilən vizual məşhur macəra oyunu Assassin 's Creed-ə aid olduğu məlum olub.

Vaşinqton Post qəzetinin xəbərinə görə, kanal işçilərindən biri internetdə 'Assassin' s Creed 'oyunundan bir görünüşü Şama aid ümumi bir fotoşəkil zənn edərək xəbərdə istifadə edib.

Bu böyük səhv sonrası tənqid oxlarının hədəfi olan kanalın xəbər müdiri Jacob Nybroe, aparıcının arxasına kompüter oyunundan Foto əks olunduğunu qəbul etti.Mövzu ilə əlaqəli səhvi sosial mediada çıxan söz-söhbətlərin ardından öyrəndiyini açıqlayan Nybroe, hadisə sonrası üzr istəmək məcburiyyətində qaldı.

Bu hadisə TV kanallarının Suriya mövzusunda istifadə etdiyi ilk səhv deyil. BBC 1, may ayında beynəlxalq təşkilatların Suriya ilə əlaqədar mövqeyinin mövzu alındığı xəbərdə, Birlermiş Millətlər Təhlükəsizlik Şurasının emblemi yerinə Halo adlı oyundan Birləşmiş Millətlər Kosmos Komandirliyi adlı xəyali təşkilatın loqosunu ekranda yayımlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə