Pakistanda partlayış: ölənlər var

Hadisə zamanı 3 nəfər ölüb, 18 yaralı var
Pakistanda partlayış: ölənlər var

Pakistanın şimal-qərbində yerləşən Bannu şəhərində polis bölmələrindən birində partlayış baş verib.

Naməlum kamikadze motosikletlə bölmənin qarşısında dayanan mikroavtobusun yanında özünü partladıb.

Qeyd edək ki, hadisə zamanı 2-i polis olmaqla 3 nəfər həyatını itirib, 18 şəxs isə xəasrət alıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onların vəziyyətinin ağır olduğunu açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə