Sarkisyanla Putin görüşdü

Rusiyada rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan həmkarı Vladimir Putinlə görüşüb. Görüş zamanı Putin Sarkisyanı növbəti dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib. Sarkisyan da öz növbəsində seçkilərdən sonra ilk səfərini Rusiyaya etməsini qanunauyğun adlandırıb: "Rusiya bizim strateji müttəfiqimizdir və bu hər şeyi deyir". Ermənistan prezidenti həmçinin V.Putini ölkəsinə rəsmi səfərə dəvət edib.

Putin görüş zamanı dünya iqtisadiyyatında böhranlar olmasına baxmayaraq, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib: "Rusiya Ermənistanın xarici iqtisadi partnyorları arasında, həmçinin toplanmış investisiyaların həcminə görə siyahıda birinci yerini möhkəm saxlayır".

Putin iki ölkə arasında siyasi əlaqələrin bütün səviyyələrdə həyata keçirilirdiyini və bütün bunların insanlar arasında münasibətlərin möhkəmləndirilməsi üçün müsbət şərait yaratdığını deyib.

Məlumatda prezidentlərin Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardığı haqda yazılıb, danışıqların dalana dirənməsi məsələsi də gündəmdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə