O, ilk dəfə ictimaiyyət arasına çıxdı

O, ilk dəfə ictimaiyyət arasına çıxdı

Böyük Britaniya kraliçası II Yelizabeta xəstəxanadan buraxıldıqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. SİA xəbər verir ki, 86 yaşlı kraliça Bukinqem sarayında İttifaq ölkələri günü münasibətilə verilən rəsmi nahara qatılıb. Bir müddət əvvəl mədəsində narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilən kraliçanın çox yaxşı görünməsi diqqət çəkib.

Xatırladaq ki, Britaniya kraliçası xəstəliyi ilə əlaqədar ötən həftə Romaya səfəri də daxil olmaqla, bütün tədbirlərini təxirə salmalı olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə