Canlı yayımda: "Qonşunuzu xəyalınızda tutaraq ərinizlə sevişin"

Canlı yayımda: "Qonşunuzu xəyalınızda tutaraq ərinizlə sevişin"

Türkiyə Radio və Televiziya Qurumu maraqlı bir cəzaya məruz qalıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, buna səbəb müğənni Seda Sayanın "TV8" telekanalında aparıcısı olduğu "Seda Sultan" proqramının fevralın 21-də efirə çıxan bölümündə "Evlilikdə seks" mövzusu müzakirə edilərkən təklif edilən seks fantaziyası olub.

Proqramın qonaqları Cinsi Sağlamlıq İnstitutunun rəhbəri professor Cem Keçe, müğənni Berna Arıcı və şərhçi Funda Özkalyonçu olublar. Cem Keçe seks fantaziyalarından danışarkən deyib ki, cakuzidə isti və təzyiqli su qadında cinsi istəyi artırır, çünki qan dövranı sürətlənir. Berna Arıcı isə 3 il sevgilisi olmayan bir rəfiqəsinin cakuzidə özünü çox yaxşı hiss etdiyini bildirib. Daha sonra Cem Keçe qeyd edib ki, seks fantaziyaları ədviyyat kimidir: "Məsələn, siz qonşunuzu xəyalınızda tutaraq ərinizlə sekslə məşğul ola bilərsiniz, bu fantaziya sizi coşdurursa, pis bir şey deyil".

Türkiyə Radio və Televiziya Qurumu efirdə səslənən "cakuzi qadında cinsi istəyi artırır" və "qonşunuzu xəyalınızda tutaraq ərinizlə sekslə məşğul ola bilərsiniz" sözlərinə görə "TV8" telekanalını 11 min dollar cərimə ödəməklə bağlı qərar çıxarıb. Qurum hesab edib ki, proqramda zehni yolla da olsa, həyat yoladaşına xəyanət tövsiyə edilir və bu ailə dəyərlərinə ziddir.

Bütün xəbərlər Facebook səhifəmizdə