NATO hərbçiləri həlak oldu

Əfqanıstanın cənubunda helikopterin düşməsi nəticəsində 5 NATO hərbçisi həyatını itirib. SİA türk mətbuatına istinadən xəbər verir ki, ölənlərin milliyyəti barədə hələlik heç bir məlumat yoxdur. Hadisənin səbəbləri dəqiqləşdirilir. Əfqanıstan polisinin məlumatına görə, hadisə baş verən məqamda həmin rayonda silahlıların fəallaşması müşahidə edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə