Rusiyanın Ural bölgəsindəki Yekaterinburq şəhərində liftdə təqaüdçü vətəndaşın vəhşicəsinə döyülərək qəsb edilməsi təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, 56 yaşlı vətəndaşı izləyən 2 şübhəli liftdə qəfildən ona hücum ediblər. Vətəndaşı mərhəmətsiz şəkildə döyən təcavüzkarlar yaşlı insanın əlindəki kiçik çantasını götürərək hadisə yerindən qaçıblar.
Çantanın içində mobil telefon, pasport, bank kartları və 9 min rubl (235 AZN) olduğu bildirilir. Kamerada şübhəlilərin yaşlı insanı sərt şəkildə təpikləməsi də aydın görünür.
Qəsb edilən vətəndaş beyin zədəsi şikayəti ilə şəhər xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar təhlükəsizlik kamerasındakı görüntüləri araşdırmağa başlayan polis, şübhəlilərin tutulması üçün vətəndaşlara çağırış edib.
Qeyd edək ki, bu cinayətkarların ilk qarəti deyil. Onlar "qurbanlarını" izləyərək liftdə tutaraq qəfildən hücum edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB