Gürcüstan parlamenti yeni sənəd qəbul edib. SİA məlumat verir ki, adıçəkilən ölkə Rusiya ilə diplomatik münasibətləri istisna edən "Xarici siyasətin əsas istiqamətləri haqqında" sənədi qəbul edib. İclasda iştirak edən deputatların hamısı sənədin lehinə səs veriblər.
Sənəddə NATO və Avropa Birliyinə üzv qəbul olmaq Gürcüstan xarici siyasətinin əsas prioritetləri kimi göstərilir. Bundan başqa ölkənin təhlükəsizliyinə qarantiyanın yaradılması, müstəqillik və suverenliyin müdafiəsi, ərazilərin işğaldan azad edilməsi əsas prioritetlər sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB