Ermənistanın "İrs" Partiyasının lideri Raffi Ovannisyan Serj Sarkisyanla görüşdən imtina edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bu barədə məlumat yayıb: "Prezident Aparatının rəhbəri Raffi Ovannisyana zəng edərək onu rəsmi şəkildə görüşə dəvət etdi, lakin təəssüf ki, Raffi Ovannisyan bu təklifi qəbul etmədiyini bildirdi. Biz ümid edirik ki, o, situasiyanı düzgün qiymətləndirir və dialoqa dəvəti rədd etməyin təhlükələrini anlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB