124 min nəfər vətəndaşlığı qəbul edib

124 min nəfər vətəndaşlığı qəbul edib

10 il ərzində 124 mindən çox adam Türkiyə vətəndaşlığını qəbul edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Müəmmər Gülər çıxışında qeyd edib.

Türkiyə vətəndaşlığını qəbul edənlərin siyahısında birinci yeri Bolqarıstan vətəndaşları (44 mindən çox) tutur. Daha sonra isə 15 min nəfərdən çox vətəndaşla Azərbaycan gəlir.

Son 10 il ərzində Türkiyə vətəndaşlığını qəbul edənlərdən 7 mindən çoxu Rusiya, 6 mindən çoxu Əfqanıstan, 3 mindən çoxu isə Suriya vətəndaşı olub.

Bundan başqa, 10 il ərzində 354 min nəfər Türkiyə vətəndaşlığından imtina edib və ya məhrum (8 min nəfər) edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə