Dünyada ilk dəfə!

11 Mart 2011-ci ildə 9 bal gücündə baş verən zəlzələnin atmosferə səs dalğaları göndərdiyi və bunun "Goce" peyki tərəfindən qəbul edildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yaponiyanın Tohoku adasında reallaşan zəlzələnin kosmosda hiss edildiyini açıqlayıb.

Qeyd edək ki, həssas qəbul edicilərə sahib olan "Goce" peyki dünyadan 255 kilometr uzaqlıqda yerləşir. Bu müşahidə isə ilk dəfə "Geophysical Resarch Letters" adlı elmi jurnalda nəşr olunub. Zəlzələlərin kosmosa səs dalğaları göndərdiyi daha əvvəl kəşf olunmuşdu, lakin bu hadisə indiyə qədər orbitdəki heç bir peyk tərəfindən qeydə alınmamışdı.

Xatırladaq ki, Yaponiyada iki il əvvəl reallaşan Tohoku zəlzələsi və onun ardınca baş verən sunami 15 min insanın ölümünə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə