İranın dəniz limanı olan "İmam Xomeyni"də müəmmalı partlayış baş verib. SİA fars mətbuatına istinadən xəbər verir ki, Xuzestan əyalətindəki limanda baş verən partlayışın səbəbləri hələlik açıqlanmır. Partlayış zamanı bir neçə nəfər xəsarət alıb. Limanın yaxınlığındakı evlərə və mehmanxanalara ciddi ziyan dəyib, maşınlar əzilib.
Qeyd edək ki, İmam Xomeyni limanı ölkədə böyük limanlardan biridir.
Xatırladaq ki, bu ilin yanvarında İranda yeraltı nüvə obyektində də partlayış baş vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB