Həmid Kərzai Vaşinqtonun Qətərdə "Taliban"la danışıqlar apardığını iddia edir
"Amerika Birləşmiş Ştatları Qətərdə "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlar aparır". Bunu Əfqanıstan prezidenti Həmid Kərzai televiziya ilə müraciətində deyib. Kərzai ötən gün ABŞ müdafiə naziri Çak Heyqelin səfəri zamanı 19 nəfərin ölümü ilə nəticələnmiş terror aktlarını da aparılan danışıqlarla əlaqələndirib. Əfqanıstan prezidentinin sözlərinə görə, bu cür addımlarla əfqanlara inandırmağa çalışırlar ki, 2014-cü ildə beynəlxalq hərbi kontingent ölkədən çıxarıldıqdan sonra yerli təhlükəsizlik qüvvələri vəziyyətin öhdəsindən gələ bilməyəcək.
"Xost əyalətində və paytaxt Kabildə dünən törədilmiş partlayışlar göstərdi ki, bunlar 2014-cü il prosesi fonunda amerikalıların işinə yarayır. Bizi qorxutmağa çalışırlar ki, xarici qüvvələr Əfqanıstanda olmasa, biz bu cür hadisələrlə tez-tez rastlaşacağıq. Amerika "Taliban"ın onların düşməni olmadığını deyir. Digər tərəfdən isə onların əli ilə bizim xalqımızı incidir. "Taliban" bu partlayışlarla Amerikaya öz gücünü göstərdiyini iddia edir, amma bu, belə deyil", - deyə Həmid Kərzai bildirib.
Qeyd edək ki, "Taliban" hərəkatı ABŞ-la danışıqlar aparması faktını təkzib edir. ABŞ hökuməti isə hələlik Həmid Kərzainin bəyanatına münasibət bildirməyib. Xatırladaq ki, bir il əvvəl "Taliban" hərəkatı ABŞ-ı qeyri-ardıcıllıqda ittiham edərək, Vaşinqtonla danışıqları dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB