"Əgər ayrı-seçkilik etsəydim, ərəb qızıyla evlənməzdim". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həyat yoldaşının anadan olduğu Siirtdə qatıldığı açılış mərasimində çıxış edərkən deyib. Baş nazir xanımının türk yox, ərəb olduğunu bildirib.
"Etnik millətçiliyə "yox" deyirik. Əgər ayrı-seçkilik etsəydim, Siirtdən bir ərəb qızı ilə evlənməzdim. Niyə evlənməliydim ki?",- deyə baş nazir fikirlərinə əlavə edib.
Ərəb və türk qardaşını çox istədiyini deyən Ərdoğan bildirib: "Ayrı-seçkilik etsəydim, ərəb qızı ilə evlənməzdim. Bu hamıya eyni məsafədə dayandığımın isbatıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB