Folklend adasında referendum keçiriləcək

Folklend adasında referendum keçiriləcək

Folklend adasının sakinləri bu gün arxipelaqın ərazisilə bağlı referendum keçirəcək. SİA-nın məlumatına görə, referendum martın 11-dək davam edəcək. Referendum Britaniya siyasətçiləri tərəfindən arxipelaq üzərində nəzarəti həyata keçirmək üçün ortaya atılıb.

Siyasi müşahidəçilərin sözlərinə görə, arxipelaqın gələcəyilə bağlı keçiriləcək referendum heç bir əhəmiyyətə malik olmayacaq. Bu, yalnız Böyük Britaniya ilə Argentina arasında münasibətləri gərginləşdirəcək. Vəziyyətin bu qədər ciddiləşməsi isə arxipelaqın şelfində neft və qaz yataqlarının tapılmasıdır.

Qeyd edək ki, adada 2 minədək insan yaşayır. Onların böyük əksəriyyəti status-kvonun saxlanılmasını arzulayır və Argentinanın nəzarətinə keçməyi istəmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə