Polşa veterinarlarının apardığı araşdırmalar nəticəsində bəzi ət kombaynlarından alınan DNT təhlillərinə əsasən, mal əti tərkibində at əti qarışığının olduğu ortaya çıxıb
Avropanı bürüyən at əti qalmaqalı bu dəfə Polşada əks səda doğurub. Polşa veterinarlarının apardığı araşdırmalar nəticəsində bəzi ət kombaynlarından alınan DNT təhlillərinə əsasən, mal əti tərkibində at əti qarışığının olduğu ortaya çıxıb.
Bu isə Polşanın at ətinin əsas ixracatçısı olduğunu göstərən subut ola bilər. Məsələ ilə bağlı açıqlama verən ölkənin baş veterinar müfəttişi Yanuş Çvayzek təhlil nümunələri götürülən bəzi müəssisələrdə at əti izlərinin aşkarlandığı təsdiqləyib. Onun sözlərinə görə, fırıldaqçılıqda şübhəli bilinən hər kəs ölkənin cinayət məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.
"İndiyə qədər 120 nümunə üzərində təhlil aparmışıq. Onlardan 3-ünün tərkibində at ətinin DNT izləri aşkarlanıb. Hazırda bu müəssisələrin hansı mənbələr tərəfindən ətlə təmin olunduğunu araşdırırıq. Hələlik isə, bizə iki mənbə məlumdur. Bunlardan biri ölkənin mərkəz bölgələri, digəri isə Hollandiyadır", - deyə Çvayzek sözlərini ifadə edib.
Qeyd edək ki, ekspertlər at ətinin insan səhhətinə zərərli olmadığını qeyd etsələr də, qalmaqalda adı hallanan Avropa ölkələri belə bir fırıldaqçılıqda əli olanların məsuliyyətə cəlb olunması üçün ciddi istintaq əməliyyatları aparır. İndiyə qədər bir neçə müəssisənin təqib olunaraq fəaliyyətinə son qoyulduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB