Seçkilərin tarixi açıqlandı
Roma Papası seçilir

Vatikandan bildirilib ki, yeni Roma Papasının seçilməsi üçün kardinallar arasında səsvermə prosesi martın 12-dən etibarən başlayacaq, - "RBK".

Səsvermədə yaşı 80 yaşından aşağı olan bütün kardinallar iştirak edəcək. 115 kardinal Sikstin kapellasında gündə dörd dəfə səs verəcəklər. Bu səsvermə o zamana qədər davam edəcək ki, namizədlərdən biri səslərin çoxunu, yəni səslərin üçdə ikisini və üstəlik bir səs daha artıq toplaya bilsin.

Səslərin sayılmasından sonra bülletenlər yandırılır və Sikstin kapellası üzərində qara duman qalxır. Namizədlərdən biri artıq lazım olan səsləri toplaya bildikdən sonra yandırılan bülletenlərə rəng əlavə olunur və kapelladan ağ duman qalxır. Bununla da müşahidəçilər artıq qərarın qəbul edildiyini öyrənir.

2005-ci ildə Roma Papası XVI Benedikti seçmək üçün səsvərmə cəmi bir gün davam edib. Lakin, adətən səsvermə uzun müddət davam edir. Tarixdə ən uzun müddətli səsvermə Papa VII Piyanın seçilməsi üçün keçirilən səsvermə olub. Həmin səsvermə 1799-cu il noyabrın 30-dan 1800-cü ilin martın 14-nə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə