Buna qədər İraqın maliyyə naziri Rəfi İsavi də hökumətdən istefa vermişdi
İraqın əkinçilik naziri İzzəddin əl-Dəvlə tutduğu postdan istefa verib.
İzzəddin əl-Dəvlə bunu Mosulda İraq Milli Məclisinin sədri Usamə Nuceyfi və şəhər qubernatoru Əsil Nuceyfi ilə birgə təşkil etdiyi mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, xalqın tələblərini eşitməyən bir hökumətdə təmsil olunmaq istəmir.
Qeyd edək ki, İraqın əkinçilik naziri İzzəddin əl-Dəvlə mətbuat konfransında daha sonra deyib: "Xalqım məni nümayəndəsi olaraq Bağdada göndərdi. Təmsil olunduğum hökumət 3 aydan çoxdur haqqlarını tələb edən xalqın istəklərinə cavab vermədi və onları dinləmədi. Mən artıq xalqın tələblərini yerinə yetirməyən bu hökumətin bir parçası olmaq istəmirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB