Çin hökuməti Tibetin mənəvi rəhbəri hesab olunan Dalay-lamanı tibetlilərin özlərini yandırmalarını maliyyələşdirməkdə ittiham edib.
Belə bir bəyanatla Tibet parlamentinin sədri Padma Çolun jurnalistlər qarşısında çıxış edib, - "RİA Novosti".
Tibet qanunverici orqanının liderinin sözlərinə görə, onların əllərində insanların özlərini yandırmasına görə onlara külli miqdarda pul verilməsinə dair sübutlar bar. Padman Çolunun sözlərinə görə, bu pullar özünü yandıran şəxslərə və ya onların ailə üzvlərinə birbaşa Dalay-lama tərəfindən ödənilir.
Qeyd edək ki, 2009-cu ildən bəri Çində özünü yandıranların sayı 100 nəfəri keçib. Son vaxtlarda bu aksiyanı yerinə yetirməklə Tibetin müstəqilliyini tələb edənlərin sayı xeyli artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB