"Rusiyanın Suriya prezidenti Bəşər Əsədə "hakimiyyətdən get" deməsi qeyri-mümkündür. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə gələn həftəyə planlaşdırılan görüşünüzdə Suriya münaqişəsi əsas müzakirə mövzusu olacaq. Rusiya Suriyanın müttəfiqi və bu ölkəyə silah satan əsas ölkədir. Rusiya Bəşər Əsəddən istefa verməyi istəyəcəkmi?". SİA xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Lavrov Rusiyanın Suriyanın daxili məsələlərinə qarışmadığını da bildirib: "Xeyr. Rejim dəyişikliyi planına qoşulmadığımızı bilirsiniz. Daxili məsələlərə müdaxilə edilməsinə qarşıyıq. Suriyanı kimin idarə edəcəyini müəyyən etmək bizə düşməz. Buna suriyalılar qərar verməlidir. Britaniya ilə də əsas hədəf baxımından çox uzağıq. İki tərəf də Suriyada birlik və demokratiya istəyir. Ölkələrinin necə idarə ediləcəyinə Suriya xalqı azad şəkildə qərar verməlidir. Münaqişə başlandığından bəri Rusiyanın mövqeyi bu cür olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB