Amerika prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama vətəni Keniyada qubernator seçkilərində məğlub olub. SİA türk mətbuatına istinadən xəbər verir ki, Malik Obamanın lehinə seçicilərin ancaq bir faizi səs verib. Qardaşı Barak Obamanın Amerikda ikinci dəfə prezident seçilməsindən sonra ölkəsi Keniyada siyasətlə məşğul olmaq qərarına gələn Malik Obama qələbə qazana bilməməsini saxtakarlıqla əlaqələndirib.
Məlumatlara görə, Malik Obamanın məğlub olmasının səbəbləri sırasında onun şəxsi həyatı ilə bağlı məqamlar da təsirli olub. Belə ki, Malik Obama ümumilikdə 12 arvadı olduğu və qadınlara qarşı zorakılıq etdiyi barədə xəbərlərlə gündəmə gəlib.
Qeyd edək ki, ata bir, ana ayrı olan Obama qardaşları ilk dəfə 1985-ci ildə bir-biriləri ilə tanış olublar. Daha sonra isə nikah mərasimlərində şahid kimi iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB