ABŞ səfirliyi müraciət etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi martın 10-da Bakıda keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar öz vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizliyə riayət etməyə çağırıb. SİA-nın məlumatına görə, səfirliyin yaydığı müraciətdə ABŞ-ın Azərbaycandakı vətəndaşları aksiyanın keçiriləcəyi yerdən uzaq olmağa, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə ehtiyatlı olmağa və yerli xəbər stansiyalarının elanlarını izləməyə çağrılıb.

Xatırladaq ki, martın 10-da Bakıda bir qrup gənc "Əsgər ölümünə son!" şüarı ilə aksiya keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə