İranın BMT-dəki nümayəndəsi: “Nüvə ölkələri atom bombalarını məhv etməlidir”

İranın BMT-dəki nümayəndəsi: “Nüvə ölkələri atom bombalarını məhv etməlidir”

Qoşulmayanlar Hərəkatının üzvləri nüvə ölkələrinin atom bombalarını məhv və NPT-yə üzv ölkələrə nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə yardım etmələrini istəyirlər. SİA-nın İRNA xəbərə agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-dəki səfirləri və nümayəndələrinin iştirakı ilə keçirilən fövqəladə iclasında deyib. O, bildirib ki, atom bombasına malik ölkələrin tərksilah edilməsi habelə, nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna üzv ölkələrə nüvə enerjisindən dinc məqsədlər üçün istifadəyə yardımın edilməsini zəruridir.

M.Xəzayi əlavə edib ki, NPT-yə ediləcək dəyişikliklər üzv ölkələrin nüvə silahlarının məhv edilməsi üzrə öhdəliklərinin daha da gücləndirilməsi istiqamətində olmalı və ikili standartlara yol verilməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə