Tunisdə siyasi ittifaq quruldu

Tunisdə 8 partiya birləşərək yeni bir siyasi ittifaq yardaıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tunis Azad Yurtsever Birlik Partiyası sədri Səlim ər-Reyahi, 7 partiyanın öz partiyasına qatılaraq yeni bir siyasi ittifaq qurduğunu bildirib.

Tunis Azad Yurtsever Birlik Partiyası (FPU) sədri Səlim ər-Reyahi etdiyi mətbuata verdiyi açıqlamda deyib: ''Üçüncü Seçim, Yeni solçu, Vətəndaşlıq Hərəkatı, Liberal Tunis, Alternativ Demokratiya, Vətəndaşlıq və Ədalət ilə İradənin səsi partiyaları, partiyamıza qatıldılar və bu şəkildə yeni bir siyasi ittifaq qurduq''.

Bütün xəbərlər Facebook səhifəmizdə