Misir məhkəməsi prezident Məhəmməd Mursinin parlament seçkilərinin təxirə salınması barədə fərmanını ləğv etdikdən sonra seçki komissiyası da parlament seçkilərinin qeyri-müəyyən vaxta təxirə salınmasına dair qərar qəbul edib. SİA-nın türk mətbuataına istinadən verdiyi xəbərə görə, səsverməni 2013-cü ilin aprelin 22-dən iyunun sonunadək dörd mərhələdə keçirmək nəzərdə tutulurdu. Məhkəmənin parlament seçkilərinin təxirə salınması barədə qərarı iqtisadi böhran və iğtişaşların tüğyan etdiyi ölkədə siyasi qeyri-müəyyənliyi daha da dərinləşdirib.
Xatırladaq ki, Misir İnzibati Məhkəməsi 22 apreldə planlaşdırılan parlament seçkilərinin keçirilməsini nəzərdə tutan qətnamələri ləğv edib. İnzibati Məhkəmə prezident Məhəmməd Mursinin 21 Apreldə 4 mərhələli olaraq keçirilməsi nəzərdə tutulan seçki qərarını ləğv edib. Seçkilərin ləğv qərarı Konstitusiya Məhkəməsinin seçki qanununda tələb etdiyi dəyişikliklərin yerinə yetirilməməsidir.
Qeyd edək ki, məhkəmənin qərarı Misirdəki siyasi gərginliyi daha da artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB