Uqo Çavesin ölüm səbəbi məlum olub

Uqo Çavesin ölüm səbəbi məlum olub

Venesuela prezidenti Uqo Çavesin ölüm səbəbi məlum olub. SİA-nın məlumatına görə, bu barədə "Associated Press"-ə açıqlamasında prezidentin mühafizə xidmətinin rəhbəri Xose Omeli bildirib. Onun sözlərinə görə, Çaves infarkt nəticəsində vəfat edib.

Omeli açıqlamasında bildirib ki, Çavesin ölümündən əvvəl söylədiyi son sözləri bu olub: "Mən ölmək istəmirəm. Xahiş edirəm, məni ölməyə qoymayın". Omelinin fikrincə, bununla da həyatını ölkəsinə həsr edən Çaves Venesuela üçün lazım olduğunu demək istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə