Məmurlar əmək haqqından şikayətlənə bilməz

Məmurlar əmək haqqından şikayətlənə bilməz

Rusiyada məmurlara əmək haqqının azlığından şikayətlənmək qadağan ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, belə bir təklifi Rusiyanın Əmək Nazirliyi irəli sürüb. Nazirlikdə belə hesab edirlər ki, əmək haqqının azlığından gileylənən məmur rüşvət barədə eyham vurur. Buna görə də nazirlik rüşvətin qarşısını bu yolla almağı düşünür.

Nazirlik məmurlara istifadəsinin qadağan ediləcəyi cümlələrin də siyahısını hazırlayır. Bura "razılaşarıq", "nə edəcəyik?", "həll etmək çətindir, ancaq mümkündür", "sağ olana çörək vermirlər" kimi sözlər daxil ediləcək. Bununla yanaşı dövlət məmuru maaşının azlığından şikayətlənə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə